Çin aviaşirkətləri iyulun 12-də güclü “Bavi” qasırğası səbəbindən 2,8 mindən çox daxili reysi ləğv etməyi planlaşdırır.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Telekanal sərnişinlərə hava şəraitini və reyslərin statusunu diqqətlə izləməyi tövsiyə edib.
İyulun 11-i axşam saatlarına olan məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən Çin aviaşirkətləri 1,3 mindən çox aviareysi gecikdirib.
“Bavi” qasırğası yerli vaxtla saat 23:20-də Çinin şərqində yerləşən Çjetszyan əyalətinə çatıb. Qasırğanın Tayçjou şəhəri yaxınlığında dənizdən quruya keçdiyi zaman küləyin sürəti saniyədə 40 metrə çatıb.
Çinin şərqində qasırğa ilə əlaqədar təxminən 2 milyon nəfər təxliyə edilib. (Apa.az)






