Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün yazıçı-publisist Aydın Tağıyevin “Qələbənin Memarı: Cənab Ali Baş Komandan – 100 İllik İmza! Bənzərsiz Tarix” adlı tarixi əsərinin təqdimat mərasimi keçirilib
Bu gün yazıçı-publisist Aydın Tağıyevin “Qələbənin Memarı: Cənab Ali Baş Komandan – 100 İllik İmza! Bənzərsiz Tarix” adlı tarixi əsərinin təqdimat mərasimi keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən müəllif, “Qələbənin Memarı: Cənab Ali Baş Komandan – 100 İllik İmza! Bənzərsiz Tarix” kitabının ərsəyə gəlməsi, əsərin ideya xətti və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib.

A.Tağıyev bildirib ki, bu əsər Azərbaycan xalqının şanlı Zəfər tarixinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalq–ordu–lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb. Müəllif həmçinin qeyd edib ki, tarixi hadisələr dəqiq faktlar, rəsmi sənədlər əsasında sistemləşdirilən kitab, yalnız bir nəşr deyil, həm də müstəqil Azərbaycanın Zəfər salnaməsini əks etdirən qiymətli tarixi mənbədir. O, vurğulayıb ki, hər bir xalq öz qəhrəmanlıq tarixini yaşatmalı, milli yaddaşını qorumalı və gələcək nəsillərə olduğu kimi ötürməlidir. Təqdimat mərasimi kitabın baş redaktorlarından Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının dekanı Mürtəza Həsənoğlu, Əməkdar hüquqşünas, Ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasovanın çıxışları ilə davam edib. Daha sonra sözləri Aydın Tağıyevə, musiqisi bəstəkar Camal Qurbanova məxsus "Cənab Ali Baş Komandan" tarixi əsərinin video çarxı nümayiş olunub. Tədbirin koordinatoru Ülvi Əlişov çıxış edərək hazırlıq prosesindən danışıb, könüllülərin əməyini xüsusi vurğulayıb. Ardınca kitabın redaksiya heyəti - baş redaktor Aişə Baxşiyeva, məsul redaktor Əfsanə Nəcəfova və redaktor Fəridə Ağazadə çıxış ediblər.

Sonda müəllif Aydın Tağıyev könüllülərin suallarını cavablandırıb və tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib. Xatirə şəkilləri çəkdirilib və imzalı kitablar oxuculara təqdim olunub.

Son xəbərlər
Bütün xəbərlər »