Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ “Hizbullah”ın maliyyə kanalları barədə məlumata görə 10 milyon dollar mükafat elan edib
ABŞ “Hizbullah”ın maliyyə kanalları barədə məlumata görə 10 milyon dollar mükafat elan edib

ABŞ Hizbullah təşkilatının maliyyə mənbələrinin aşkar edilərək bloklanmasına kömək edəcək məlumatlara görə 10 milyon dollara qədər mükafat vəd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada yer alıb.

Bildirilib ki, “Hizbullah”ın maliyyə sxemlərinin pozulmasına töhfə verəcək informasiyaya görə 10 milyon dollara qədər mükafat nəzərdə tutulur.

Dövlət Departamenti vurğulayıb ki, ABŞ-ın Livan üzrə əsas məqsədi “Hizbullah”ın tam şəkildə silahsızlaşdırılması və ölkə ərazisi üzərində tam nəzarətin Livan hökumətinə qaytarılmasıdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »