Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya alimləri “Qızıl Orda” (Altın Orda) irsini müzakirə edirlər
Dünya alimləri “Qızıl Orda” (Altın Orda) irsini müzakirə edirlər

Qazaxıstanın paytaxtı Astanada 18–21 may 2026-cı il tarixlərində “Qızıl Orda” (Altın Orda) mövzusuna həsr olunmuş beynəlxalq simpozium işə başlayıb.

Bizimyol.info xəbər verir ki, tədbirdə Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev iştirak edir.

YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assamo konfransda çıxış edərək Qızıl Orda irsinin yalnız regional deyil, qlobal əhəmiyyət daşıdığını vurğulayıb: "Bu tarixi dövlətin irsi mədəniyyətlərarası dialoq və sivilizasiyalararası əlaqələrin öyrənilməsi baxımından mühüm rol oynayır".

UNESCO rəsmisi həmçinin qeyd edib ki, təşkilat bu kimi irsin qorunması, tədqiqi və beynəlxalq səviyyədə təşviqini dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, simpoziumda 20-dən çox ölkədən 300-dən artıq alim, tarixçi və tədqiqatçı iştirak edir.

Tədbir çərçivəsində Qızıl Ordanın tarixi, arxeologiyası, mədəniyyəti və kimliyi ilə bağlı müxtəlif panel müzakirələri keçirilir.

Müəllif: Təranə Məhərrəmova

Son xəbərlər
Bütün xəbərlər »