ABŞ prezidenti Donald Tramp, "SpaceX"in təsisçisi Elon Mask və Çin "Nvidia"nın baş direktoru Jensen Huang ilə birlikdə ABŞ-Çin liderlərinin görüşü öncəsi Pekinə səfər edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi hadisə şahidlərinə və Ağ Evin nümayəndəsinə istinadla məlumat verib.
Məlumata görə, sahibkarlar Alyaskada “Nömrə Bir” təyyarəsinə minib və Pekinə istiqamət alıblar.
11 may tarixində "Bloomberg" agentliyi yazmışdı ki, Tramp administrasiyası Mask, "Apple"ın baş direktoru Tim Cook və ABŞ-ın ən iri şirkətlərinin rəhbərlərini prezidentin Çin dövlət səfəri zamanı müşayiət etməyə dəvət edib.
Agetlik əvvəllər bildirirdi ki, Huang Pekinə gəlməyəcək, çünki onu görüşə dəvət etməyiblər.
Tramp 13-15 may tarixləri arasında Çində səfərdə olacaq. Ağ Ev bildirir ki, onunla birlikdə iri şirkətlərin rəhbərlərindən ibarət geniş nümayəndə heyəti də gedəcək. ABŞ prezidenti sonuncu dəfə Çinə dövlət səfəri ilə 8-10 noyabr 2017-ci il tarixlərində getmişdi. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin jurnalistlərlə görüşdə qeyd edib ki, Pekin və Vaşinqton arasında konstruktiv əməkdaşlıqdan və qarşılıqlı əlaqədən Moskva yalnız fayda görür.
Bizimyol.info






