Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu: “İranda hakimiyyət dəyişikliyinə dair ABŞ-a zəmanət verməmişəm”
Netanyahu: “İranda hakimiyyət dəyişikliyinə dair ABŞ-a zəmanət verməmişəm”

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, fevralın ortalarında ABŞ prezidenti Donald Trump ilə keçirdiyi görüş zamanı iki ölkənin İrana qarşı birgə hərbi əməliyyatının İslam Respublikasında hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyinə dair Vaşinqtona heç bir zəmanət verməyib.

Bizimyol.info xəbər verir ki, aprel ayında "The New York Times"ın yazdığına görə, fevralın 11-də ABŞ və İsrail liderləri arasında keçirilən qapalı görüşdə Netanyahu İrana qarşı müharibənin “İslam Respublikasının sonu olacağına” əminliyini ifadə edib. İsrail hökumət başçısının sözlərinə görə isə o, əksinə, əməliyyatın nəticəsinin qeyri-müəyyən olduğunu vurğulayıb.

“Bunu təkcə mən qeyd etmirdim, hər ikimiz razılaşırdıq ki, burada yalnız qeyri-müəyyənlik deyil, həm də risklər mövcuddur”, — deyə Netanyahu bazar mətbuata verdiyi müsahibədə bildirib.

Bununla yanaşı, Netanyahu Ağ Ev rəhbəri ilə hərbi əməliyyatın müzakirəsi zamanı fəaliyyətsizliyin hərbi əməliyyatdan daha böyük təhlükə yaratdığı fikrini də səsləndirdiyini əlavə edib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. Aprelin 7-də ABŞ prezidenti İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə ərzində ABŞ və İsrailin zərbələri nəticəsində 3 375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsalar da, tərəflər mövcud ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli nizamlanması ilə bağlı razılığa gələ bilməyiblər.

Aprelin 21-də ABŞ prezidenti İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun addımlar atacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »