Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: “Drujba” neft kəməri aprelin sonuna qədər təmir olunacaq
Zelenski: “Drujba” neft kəməri aprelin sonuna qədər təmir olunacaq

“Drujba” neft kəməri aprelin sonuna qədər təmir ediləcək və fəaliyyət göstərə biləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Kansleri Fridrix Mertsın birgə mətbuat konfransında bildirib.

“Neft kəməri ilə bağlı dediyimiz kimi, onu aprelin sonuna qədər təmir edəcəyik. Tamamilə deyil, amma kifayət qədər işlək vəziyyətə gətiriləcək,” – deyə o bildirib.

“Biz çox ümid edirik ki, bu, Avropa İttifaqı ölkələrinin, xüsusilə də Macarıstanın, bizim üçün vacib qərarları blokladığı hallarla uyğun gələcək”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, daha əvvəl Macarıstan Ukraynaya 90 milyard avroluq Avropa İttifaqı kreditinin verilməsini bloklamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »