Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanın Baş Naziri ABŞ nümayəndə heyəti ilə görüşüb
Pakistanın Baş Naziri ABŞ nümayəndə heyəti ilə görüşüb

Pakistanın Baş Naziri Şahbaz Şərif İslamabadda İranla danışıqlar aparmaq üçün gəlmiş ABŞ nümayəndə heyəti ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat verib.

“Hər iki nümayəndə heyətinin konstruktiv əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirən baş nazir ümid edib ki, bu danışıqlar bölgədə dayanıqlı sülhə doğru atılmış bir addım olacaq”, - deyə mətbuata verilən açıqlamada qeyd edilib. Bildirilir ki, görüşdə ABŞ vitse-prezidenti Ceyms Devid Vens, ABŞ prezidentinin xüsusi elçisi Stivən Vitkoff və Vaşinqton administrasiyasının rəhbərinin kürəkəni, iş adamı Cared Kuşner iştirak edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »