ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl İranın ABŞ təyyarədaşıyan gəmilərindən birinə eyni anda 17 fərqli tərəfdən hücum etdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Tramp bu açıqlamanı Mayamidə keçirilən investisiya forumunda verib.
ABŞ lideri bildirib ki, hücum zamanı “çox qiymətli dəniz obyektimizə”, yəni dünyadakı ən böyük təyyarədaşıyan gəmisinə 101 raket atılıb. “İran bizə 17 fərqli tərəfdən hücum etdi. Biz həyatlarımızı qorumaq üçün qaçdıq,” – deyə o əlavə edib.
Prezident Tramp hücuma məruz qalan gəminin adını və əməliyyatın dəqiq tarixini açıqlamayıb. Lakin bu açıqlama ABŞ-İran münasibətlərində gərginliyin yenidən artması ehtimalını gündəmə gətirib.
Hücum iddiaları ABŞ-ın hərbi strategiyasına və regiondakı mövcud təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırır. Analitiklər bildirirlər ki, əgər məlumatlar təsdiqlənsə, bu, Yaxın Şərqdə hərbi qarşıdurmaların dərinləşməsi riskini artıracaq.
ABŞ rəhbərliyi hələlik rəsmi hərbi açıqlama verməyib. İran tərəfi də məsələyə münasibət bildirməyib.
Qadir, Bizimyol.info






