Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ–İran gərginliyində gizli diplomatiya: Türkiyə, Misir və Pakistan vasitəçi rolunda
ABŞ–İran gərginliyində gizli diplomatiya: Türkiyə, Misir və Pakistan vasitəçi rolunda

Amerika mənbələrinin məlumatına görə, son iki gün ərzində gərginliyin azaldılması məqsədilə ABŞ və İran arasında mesajların ötürülməsində Türkiyə, Misir və Pakistan vasitəçi kimi çıxış ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində yazıb.

Onun əldə etdiyi məlumatlara əsasən, bu üç ölkənin yüksək vəzifəli nümayəndələri ayrı-ayrılıqda Ağ Evin xüsusi nümayəndəsi Steve Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıblar. Mənbənin sözlərinə görə, vasitəçilik prosesi davam edir və müəyyən irəliləyiş var: “Müharibənin başa çatdırılması və qalan bütün məsələlərin həlli müzakirə olunur. Ümid edirik ki, tezliklə cavablar alacağıq”, - deyə bildirilir.

Daha əvvəl ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton və Tehran son iki gündə hərbi əməliyyatların dayandırılması ilə bağlı “çox yaxşı və məhsuldar danışıqlar” aparıblar. Onun sözlərinə görə, məsləhətləşmələr bir həftə ərzində davam edəcək. Həmçinin qeyd olunub ki, ABŞ lideri İranın enerji infrastrukturuna mümkün zərbələrin endirilməsini beş gün müddətinə təxirə salıb.

Eyni zamanda, İranın "Tasnim" agentliyi mənbəyə istinadən xəbər verib ki, Tehran Vaşinqtonla münaqişənin dayandırılması barədə heç bir danışıqlar aparmayıb və hazırda da aparmır. Məlumata görə, ABŞ prezidenti İranın hərbi təhdidlərinin daha inandırıcı olması səbəbindən əvvəlki ultimatumundan geri çəkilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »