Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arzuxan Əlizadə: "İran qonşu ölkələrlə müharibə şəraitinin formalaşmasına çalışıb ki, öz mövcudluğunu qoruyub saxlaya bilsin"
Arzuxan Əlizadə: "İran qonşu ölkələrlə müharibə şəraitinin formalaşmasına çalışıb ki, öz mövcudluğunu qoruyub saxlaya bilsin"

“Ümumiyyətlə, İran Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycana yanaşmada hər zaman düşmən mövqe sərgiləyib və bu illər ərzində biz dəfələrlə münasibətlərin normallaşması istiqamətində addımlar atmağımıza baxmayaraq, qarşı tərəfdən adekvat reaksiya görməmişik. 30 il ərzində torpaqlarımız işğal altında qalanda da işğalçıya dəstək verilib və uzun illər ərzində İranın yürütdüyü siyasət yalnız ondan ibarət olub ki, Azərbaycana yanlış islam təfəkkürü transfer ediblər və beyinləri zəhərləyiblər. Eyni zamanda da Azərbaycan ərazisinə narkotik vasitələrin transferi ilə məşğul olublar”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputatın fikrincə, bu günə qədər də bu proses davam etməkdədir: “Xüsusilə dronlardan, yeni texnologiyalardan istifadə etməklə, Azərbaycan ərazisinə narkotik vasitələrin daşınmasına keçirilməsinə cəhdlər etməkdədirlər. Yəni dövlət adında İslam sözü olan İran adlı dövlət əslində İslam dinini də dünyaya terrorçu din kimi təqdim edib. İran, İslam dininə də çox böyük zərbə vurub və öz ərazisində yaşayan həm Azərbaycan türklərinin, eləcə də digər millətlərin nümayəndələrinə çox ciddi surətdə insan haqlarından, ümumiyyətlə insanlıqdan kənar münasibət sərgiləyib. Biz bunun da fərqindəyik. İran adlanan bu dövlətin mövcud rejimi həm də onun fərqində olmalıdır ki, İran ərazisində 40 milyondan artıq Azərbaycan türkü ayağa qalxacaq. Təbii ki, o zaman ayaqlar altında qalacaqlar. Onsuz da bu rejimin sonu yaxınlaşıb, aqoniyadadırlar. Ona görə də bütün qonşu ölkələrlə müharibə şəraitinin formalaşmasına çalışıblar ki, öz mövcudluqlarını qoruyub saxlasınlar. Amma əksinə, bütövlükdə əks effekt verəcək və Körfəz ölkələri, qonşu ölkələr, eləcə də Azərbaycan da artıq bu sıradadır. Türkiyə artıq bu sıradadır və sərgilənən mövqe təbii ki, bu rejimin sonunu daha da yaxınlaşdıracaq”.

Arzuxan Əlizadə / Foto: amip.az Arzuxan Əlizadə / Foto: amip.az

“Ötən günlərdə Türkiyə prezidenti hörmətli Ərdoğan, eləcə də Türkiyənin digər rəsmiləri, eləcə də bir çox ölkələrin dövlət və hökumət başçıları Azərbaycana öz dəstəklərini ifadə etdilər. Azərbaycan da ötən həftə Azərbaycan prezidentinin timsalında öz mövqeyini nümayiş etdirdi. Azərbaycan prezidenti də çox sərt və lazımi ifadələrlə İran molla rejiminin ağlının başına gətirilməsini tövsiyə etdi. Əks halda, təbii ki, düşmənlərimizin başına endirdiyimiz "dəmir yumruq" bu rejimin də başına endiriləcək. Biz bu regionda dayanıqlı sülhə nail olunması üçün bütün imkanlardan, bütün vasitələrdən istifadə edəcəyik”-deyə Arzuxan Əlizadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »