Çin yaxın illərdə güclənən beynəlxalq rəqabət fonunda dünyada strateji təşəbbüsü ələ almağı hədəfləyir.
Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının 15-ci beşillik sosial-iqtisadi inkişaf layihəsində (2026–2030) qeyd olunub.
“Qlobal rəqabətin kəskin olduğu şəraitdə biz strateji təşəbbüsü əldə saxlamalı və yüksək keyfiyyətli inkişaf yolu ilə bütün qeyri-müəyyənlik amillərinə davamlı qarşı durmalıyıq”, – deyə sənəddə vurğulanır. Bu layihə 14-cü çağırış Çin Xalq Nümayəndələri Məclisinin 4-cü sessiyasının ilk günündə yayımlanıb.
Sənəddə qeyd olunur ki, Çin ilə aparıcı dövlətlər arasında qarşılıqlı əlaqələr onun daxili inkişafına böyük təsir göstərir. Nəticədə Çin “strateji imkanlarla risk və çağırışların eyni zamanda mövcud olduğu bir dövrü yaşayır”.
Bununla yanaşı, Çin beynəlxalq məsələlərdə fəal iştirak üçün bir sıra əlverişli imkanlara sahibdir. Lakin artan geosiyasi münaqişələr, qlobal idarəetmə sistemində mövcud çatışmazlıqlar və təhlükəsizlik sahəsindəki problemlər getdikcə daha nəzərəçarpan olur.
“Bəzi dövlətlərin hegemon ambisiyaları və güc siyasəti ilə bağlı təhdidlər, həmçinin tək tərəfli yanaşmalar və proteksionizm güclənir. Beynəlxalq ticarət-iqtisadi nizam ciddi çağırışlarla üzləşir, dünya iqtisadiyyatının artım dinamikası yetərincə yüksək deyil”, – deyə layihədə bildirilir.
Çoxsaylı risklər fonunda böyük dövlətlər arasında rəqabət getdikcə mürəkkəbləşir. Buna baxmayaraq, xarici mühitdəki qeyri-sabitlik Çin üçün daxili sabitlik hesabına müəyyən qədər kompensasiya olunur. Qeyd edilir ki, ölkə “ən böyük potensiala malikdir” və bu, onun strateji təşəbbüsü qorumağa imkan verir.
Qadir, Bizimyol.info






