ABŞ və İsrail qüvvələri İraq–Suriya sərhədində yerləşən Əl-Qaim bölgəsində “Həşd əl-Şaabi”nin qərargahını hədəfə alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Tasnim News Agency"nin beynəlxalq xəbərlər qrupu məlumat yayıb.
Bildirilir ki, İraqın "Popular Mobilization Forces" (Həşd əl-Şaabi) qurumu sərhəd ərazilərində mövqelərinə ABŞ və İsrail tərəfindən hücum edildiyini açıqlayıb.
Məlumata görə, ABŞ–İsrail hava zərbələri nəticəsində bir qrup döyüşçü həlak olub, bir neçəsi isə yaralanıb.
Həşd əl-Şaabi bəyan edib ki, ABŞ və İsrail qüvvələrinin Əl-Qaimdə təhlükəsizlik mərkəzlərini hədəfə alması İraqın suverenliyinin növbəti dəfə pozulmasıdır.
Bizimyol.info






