Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MÜSİAD Azərbaycan İctimai Birliyinin Baş katib vəzifəsinə təyinat olub
MÜSİAD Azərbaycan İctimai Birliyinin Baş katib vəzifəsinə təyinat olub

MÜSİAD Azərbaycan İctimai Birliyinə Baş katib vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru Dr. Elşən Əbülhəsənli təyin olunmuşdur.

Bizimyol.info MÜSİAD Azərbaycana istinadən xəbər verir ki, İctimai Birliyin Baş katib vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru Dr. Elşən Əbülhəsənli təyin təyin olunub.

Filologiya üzrə fəlsəfə doktoru Dr. Elşən Əbülhəsənli 1987-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsini bitirmişdir. Ali təhsilini davam etdirərək İstanbul Universitetində təhsil almışdır.

Dr. Elşən Əbülhəsənli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda Şərq filologiyası ixtisası üzrə elmi işçi vəzifəsində çalışmış, AMEA-nın aspiranturasını bitirmişdir.

Elmi fəaliyyəti dövründə Azərbaycan və Türkiyədə nəşr olunan qəzet və jurnallarda elmi məqalələrlə çıxış etmiş, bir neçə kitabın müəllifi olmuşdur.

1995–2025-ci illərdə Türkiyənin Azərbaycandakı Səfirliyində ticarət baş müşavirinin müavini vəzifəsində çalışmışdır.

Son xəbərlər
Bütün xəbərlər »