Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Navalninin zəhərlənməsi ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi Avropanın Putinə növbəti təzyiqidir"
"Navalninin zəhərlənməsi ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi Avropanın Putinə növbəti təzyiqidir"

Rusiyalı müxalifətçi Aleksey Navalnının 2024-cü ildə həbsxanada epibatidin maddəsi ilə zəhərlənərək öldüyü barədə Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderlandın xarici işlər nazirlikləri birgə bəyanat yayıblar. Avropa tərəfi Navalnının biomateriallarının araşdırılması nəticəsində onun iflic və nəfəs çatışmazlığı yaradan bu zəhərlə öldürüldüyünü iddia edir. Navalnının həyat yoldaşı Yuliya Navalnaya isə Rusiya prezidenti Vladimir Putini ittiham edərək məsuliyyətə cəlb olunmasını tələb edib.

“Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu hadisə Putin hakimiyyəti üçün yad deyil və ötən günlərdə Navalninin zəhərlənməsi ilə bağlı məsələ yenidən gündəmə gəldi. Politoloqun fikrincə, bu hadisənin gündəmə gətirilməsi Avropa ölkələrinin Putinə və onun hakimiyyətinə bir təzyiq vasitəsidir, eyni zamanda Trampa bir mesajdır: “Putinə dəstək vermə, Putin qatildir, Putin adam öldürür”...

Əhəd Məmmədli Əhəd Məmmədli

“Avropanın Trampa mesajı bu mənaya gəlir: "Putini dəstəkləmək qeyri-sivil bir ölkənin liderini dəstəkləməkdir". Məsələn; Şimali Koreya liderini dəstəkləmək kimi bir şeydir. Putini artıq o səviyyəyə qoyurlar. Donald Trampın əlindən bəhanələrini almağa çalışırlar ki, Putinə yaxınlaşmasın. Bu, həm də Avropa tərəfindən Putinin imicinə növbəti hücumdur.

...Amma belə deyək: "it də getdi, ip də getdi". Navalni öldü. Navalninin ölümü Putin hakimiyyətinə zərər vermədi, Ukrayna müharibəsi Putin hakimiyyətinə zərər vermədi. Bu gün Putin yenə ayaqdadır. "Ukrayna müharibəsinin uzanması Putin hakimiyyətini məhv edəcək" deyə iddia olunurdu. Bunların heç biri reallaşmadı. Bu məsələdə iqtisadi sanksiyalardan tutmuş siyasi sanksiyalara qədər heç nə üstün gələ bilmədi. Putin hakimiyyətini əzəcək bir şey var. Ukrayna müharibəsi yenə də uzanıb davam etməsi. Ukrayna müharibəsi 2-3 il uzansa, bu da artıq Putin rejiminin Rusiyada çökməsinə gətirib çıxara bilər”-deyən politoloq qeyd edib.

“Bu gün Rusiya müxalifətində Putinə rəqib görünə biləcək heç kim yoxdur. Bəlkə Xadarkovski, onun pulu, onun keçmiş əlaqələri və s. Amma o da rus xalqının simpatiyasına malik olmayan liderdir. Hələlik Putini "atdan düşürəcək" rəqib görmürəm. Avropada da Putin rejimində çat yaradacaq gücü görmürəm”-deyə Əhəd Məmmədli bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »