Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Səfirliklərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri cərimədə heç bir məsuliyyətdən kənarda saxlanılmır"
"Səfirliklərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri cərimədə heç bir məsuliyyətdən kənarda saxlanılmır"

Səfirliyə məxsus avtomobil velosiped və ekektrik skuterlərinin təhlükəsiz hərəkətləri üçün nəzərdə tutulan mikrobollik zolaqlarında Cəfər Cabbarlı küçəsində park edilib. Avtomobilin şəkli sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, AzParkinq-ə məxsus parklanma yeri, sağ tərəfdə plazanın altında qapalı parklanma olduğu halda avtomobil məhz mikromobillik zolağında saxlanılıb.

  • Alternativ parklanma yerləri olduğu halda belə halların təsiri nə qədər ciddidir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, qırmızı nömrəli nəqliyyat vasitələri ilə bağlı protokol tərtib olunanda Xarici İşlər Nazirliyinə göndərilir: “Yol hərəkəti haqqında qanunda bu nəqliyyat vasitələri üçün hər hansı üstünlük nəzərdə tutulmur. Yol hərəkəti qaydaları necədirsə, bu avtomobillərə də aiddir. Onlar da bütün qaydalara, o cümlədən dayanma, durma və parklanma qaydalarına riayət etməlidirlər. Əks təqdirdə inzibati məsuliyyət də tətbiq olunur və bu məsuliyyət hər kəsə aiddir.

Sadəcə olaraq, xarici ölkələrin diplomatik korpusuna aid nəqliyyat vasitələrinin məsuliyyətə cəlb olunmasında müəyyən fərqlilik var. Azərbaycanda belə təcrübə formalaşıb ki, qırmızı nömrəli nəqliyyat vasitələri ilə bağlı protokol tərtib olunanda, o, Xarici İşlər Nazirliyinə göndərilir və həmin Nazirlik vasitəsilə müxtəlif səfirliklərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə çatdırılır. Sırf cərimədə heç bir məsuliyyətdən kənarda qalma və ya immunitet nəzərdə tutulmur. Onlar da eyni dərəcədə məsuliyyətə cəlb olunur. Xatırlatmaq istəyirəm ki, belə nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyəti Azərbaycan vətəndaşıdır; bəzilərini isə səfirliyin diplomatik statusu olan şəxslər idarə edir”.

Ərşad Hüseynov Ərşad Hüseynov

“Təcrübədə tez-tez görürük ki, müxtəlif səfirliklərə və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə məxsus nəqliyyat vasitələri yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Qırmızı işıqdan keçənlər, velosiped və avtobus zolaqlarından istifadə edənlər və dayanma-durma, parklanma qaydalarını pozanlar kifayət qədər çoxdur. Bu hallar yol verilməməlidir, çünki həm qanunvericiliyə, həm də Azərbaycan cəmiyyətinə hörmətsizlikdir. Bunun qarşısı alınmalı və belə hallarla bağlı iki əsas prinsipə riayət edilməlidir:

1. Qanunvericiliyə hörmətlə yanaşmaq;

2. Qaydaları pozan şəxslər qanunvericiliyə uyğun olaraq sanksiyalara məruz qalmalıdır”-deyə Ərşad Hüseynov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »