Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran-Azərbaycan münasibətləri bu gün əgər ən yüksək nöqtədədirsə, Azərbaycanın yürütdüyü diplomatik uğurun nəticəsidir"
"İran-Azərbaycan münasibətləri bu gün əgər ən yüksək nöqtədədirsə, Azərbaycanın yürütdüyü diplomatik uğurun nəticəsidir"

İranın Cənubi Qafqazı strateji zona kimi təqdim etməsi əslində Tehranın regiona baxışının nə qədər təhlükəsizlik mərkəzli olduğunu göstərir. Rəsmi Tehran açıq mesaj verir ki, bu coğrafiyada sabitlik pozularsa, bunu birbaşa öz milli təhlükəsizliyinə təhdid kimi qəbul edəcək. Bakıya edilən yüksək səviyyəli səfərlər də sadəcə protokol xarakteri daşımır. Burada əsas məqsəd müdafiə və təhlükəsizlik sahəsində koordinasiyanı dərinləşdirməkdir. İran anlayır ki, Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzən onu proseslərin kənarında saxlaya bilər. Elə bu səbəbdən aktiv diplomatik xətt yürütməyə cəh edir. Bu da onu göstərir ki, Tehran regionda sülh ritorikasını səsləndirsə də, paralel olaraq təhlükəsizlik balansında təsir imkanlarını qorumağa çalışır.

  • Bu gün İran-Azərbaycan münasibətlərini bu qədər gərginləşdirəcək səviyyəyə gətirən nədir?

Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün biz İran-Azərbaycan münasibətlərində iki xətti analiz etməliyik: “Müəyyən məqamda iki əsas məsələ var: müsbət istiqamətə yönələn əlaqələr və İranın səyi nəticəsində pozulan əlaqələr. İran-Azərbaycan münasibətləri bu gün əgər ən yüksək nöqtədədirsə və ən yüksək tempindədirsə zirvədədirsə, heç şübhəsiz bu Azərbaycanın yürütdüyü diplomatik uğurun nəticəsidir. Əgər İran Azərbaycan münasibətləri dibə düşübsə, bu da heç şübhəsiz İran mollaları və beyni qurumuş fars imperializminə xidmət edən - adı türk olan, amma türklükdən olduqca uzaq - “elitanın” zəhmətidir”.

Rufiz Hafizoğlu Rufiz Hafizoğlu

Şərhçi qeyd edib ki, ən böyük səhv odur ki, Azərbaycan-İran münasibətlərinə Azərbaycan prizmasından yanaşırıq, amma İranın Azərbaycanı İslam dünyasında gözdən salmaq üçün atdığı addımlardan və Azərbaycanın nüfuzunu alçaltmaq üçün icra etdiyi fəaliyyətlərdən xəbərimiz yoxdur.

“Mən ərəb dünyası ilə çox yaxın biriyəm. Bəzən ərəb ölkələrində bəzi rəsmilərlə görüşürəm və görürəm ki, onların təqdim etdiyi o bilgilər Azərbaycanın etnik, milli, dini, siyasi kimliyi haqqında danışdıqları bir çox şeylər təəssüflər olsun ki, İran xüsusi xidmət orqanlarının süzgəcindən keçən və dünya ictimaiyyətinə, o cümlədən ərəb mediasına, islam dünyasına sızdırılan bilgilərdir. Bu, olduqca təhlükəli məqamdır. Digər bir məsələ İranın Qarabağ zəfərindən öncəki illərdə də Azərbaycanın İslam dünyasında nüfuzuna olduqca ciddi xələl yetirmək üçün milyonlar xərcləyib. Bu milyonlar nəyə xərclənirdi? Sualın cavabı: "Azərbaycan İsrailin dostudur, Azərbaycan sionistdir, Azərbaycanın İslam dünyasında yeri yoxdur", Azərbaycanda güya dini, xüsusilə də şiə müsəlmanların hüquqları pozulur, güya Azərbaycan digər qeyri ənənəvi məzhəblərə yol açır... bu kimi acınacaqlı və ucuz propaqanda aparırdılar”-deyə Rufiz Hafizoğlu bildirib.

“Problem ondan ibarətdir ki, bu gün İranın dünyaya sızdırdığı digər feyk məlumatlardan biri də, dini etiqad azadlığının pozulması məsələsidir. Güya İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi üçün həbs olunmuş şəxslər “süddən çıxmış ağ qaşıqdır”, bunlar şiə olduqları üçün güya ki, təzyiqlərə məruz qalırlar və s. Bu gün İranın Azərbaycan əleyhinə davamlı olaraq dünyaya çatdırmaq istədiyi məlumatdır və təəssüflər olsun ki, bu məsələdə bir çoxları, hətta Türkiyədə olan bəzi islamçı, müsəlman, milli, mühafizəkar dairələr bu düşüncədədirlər”-deyə siyasi şərhçi qeyd edib.

“İranın Azərbaycan əleyhinə apardığı ən ciddi propaqandalardan, ən ciddi qarayaxma kampaniyalarından biri də budur: "Azərbaycan İsrailə neft satır". Bununla bağlı Hikmət Hacıyevin də, “SOCAR”-ın da açıqlaması oldu. Amma İranın düzəltdiyi saxta informasiya gülləsi bizim haqq səsimizi dəlib keçə bilmədi”-deyə Rufiz Hafizoğlu bildirib.

Politoloq qeyd edib ki, İranın bu cür yalan məlumatları əslində bir çox Qərb dairələrinin, eləcə antiAzərbaycan qüvvələrin və təbii ki, İsrailin də maraqlarına xidmət edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »