Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çoxlarının çoxdan gözlədiyi Mədəniyyət Konsepsiyası
Çoxlarının çoxdan gözlədiyi Mədəniyyət Konsepsiyası

"Kitab - yazılanda yazıçınındır. Oxunanda oxucunundur" demişdim. Görünür, bu fikrə bir az düzəliş etməli olacam. Kitab artıq yazılmağa başlayan andan hamının olacaq: həm yazıçının, həm redaktorun/tərcüməçinin, həm nəşriyyatın olacaq. Sonda da oxucunun. Yazıçı dəyər zəncirində öz yerini alacaq.

Azərbaycan Prezidentinin bu gün xüsusi sərəncamla təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti -2040" konsepsiyası belə düşünməyə və belə danışmağa əsas verir.

Mədəniyyət Konsepsiyasında yazıçıların çoxdan yolunu gözlədiyi bir layihə də nəzərdə tutulub. Adı belədir: "Azərbaycan ədəbiyyatı xaricdə".

Çoxdan deyilirdi ha, Azərbaycan ədəbiyyatının dünyaya çıxmasına, yayılmasına dövlətin dəstəyinə ehtiyac var, bax, o səsləri Dövlət axır ki eşitdi. Beləliklə, Azərbaycan yazıçılarının əsərlərinin BMT-nin rəsmi dillərinə, türk dillərinə, eləcə də, başqa dillərə tərcüməsi, nəşri, yayılması Mədəniyyət Konsepsiyasının prioritetlərindən biridir.

Tək ədəbiyyat deyil; Mədəniyyət Konsepsiyasında hər şey var: kinodan musiqiyə, təsviri sənətdən teatra, dublyajdan fonoqrama... qədər nə desən, nə istəsən.

Doğrusu, mən bilmirəm, bu Konsepsiya necə icra olunacaq, amma bir gerçək var: Mədəniyyət Konsepsiyası Milli Təhlükəsizlik Konsepsiyası kimi fövqəladə əhəmiyyətli sənəddir. Əslində elə milli təhlükəsizlik məsələsidir. Çünki dövlət coğrafi ərazisinin deyil, həm də mənəvi ərazisini də qorumalıdır. Bu Konsepsiya dövlətin bu mühüm məsələdə yüksək iradəsinin ifadəsidir. Bircə qalır bu iradənin doğru-düzgün biçimdə yerinə yetirilməsi. O da Mədəniyyət Nazirliyinin, Ədəbiyyat, Sənət adamlarının üzərinə düşür.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »