Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İnsanlar hədəf qoyub ona çatmaq və məqsədlərini doğru istiqamətdə yönəltmək əvəzinə, tez və asan yol axtarırlar”
“İnsanlar hədəf qoyub ona çatmaq və məqsədlərini doğru istiqamətdə yönəltmək əvəzinə, tez və asan yol axtarırlar”

İnsanın falçının qapısına üz tutması, ondan mədət umması nə qədər acıdır. Həm gülməldir, həm ağlamalı. Bu davranış geriliyin, acizliyin, cahilliyin, kitabsızlığın, Allahsızlığın əlamətidir.

  • İnsanların falçılara üz tutmasının psixoloji səbəbləri nədir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, müasir dövrdə də bu inanclara ciddi şəkildə yer verən insanlar var.

psixoloq Aynur İsmayılova Aynur İsmayılova

“Qədimdən Türk dünyasında və xristian mədəniyyətlərində yayılan “fal açmaq, görücülük” kimi anlayışlar, şifahi xalq ədəbiyyatında da izləri görünən adət-ənənələrdəndir. Təəssüf ki, müasir dövrdə də bu inanclara ciddi şəkildə yer verən insanlar var. İnsanlar şəxsi səylə nəyəsə nail olmaq, hədəf qoyub ona çatmaq, məqsədlərini doğru istiqamətdə yönəltmək əvəzinə, tez və asan yol axtarırlar. Belə olan halda, bir "görücünün" yönləndirməsinə inanaraq, onun hər şeyi daha düzgün biləcəyini düşünür və səhv addımlar atırlar.

Bəzən insan, öz fərdi potensialını inkişaf etdirmək, analiz etmək əvəzinə, falçının dediklərinə əsasən həyatını formalaşdırır. Bu da onun düşüncə və inam sistemini ciddi şəkildə təsir altına salır. Halbuki, əgər insan daxili dünyasını gücləndirsə, özünü analiz etməyi, məqsədli yaşam tərzini seçsə və mütaliəyə daha çox vaxt ayırsa, həyatını istədiyi kimi formalaşdıra bilər. Hər bir halda falçılar və görücülər psixoloji və mənəvi istiqamətləndirmə üçün doğru ünvana çevrilə bilməz”-deyə ailə və uşaq psixoloqu Aynur İsmayılova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »