Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib. Bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq.

AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Bildirilir ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected]

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı

Son xəbərlər
Bütün xəbərlər »