Avropa İttifaqı (Aİ) Rusiya üzərinə yeni, 20-ci antirusiya sanksiya paketini tətbiq etməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu addım, Ukraynaya genişmiqyaslı hücumun dördüncü ildönümünə təsadüf edəcək.
Məlumata görə, Aİ sanksiyalara əsasən səfərləri məhdudlaşdırmağı və xüsusilə Ukrayna uşaqlarının aparılmasına cavabdeh şəxslərin aktivlərini dondurmağı nəzərdə tutur. Eyni zamanda enerji və bank sektorunda əlavə məhdudiyyətlər tətbiq olunacaq və mövcud qaydaları əngəlləyən boşluqlar aradan qaldırılacaq.
Bundan əlavə, Rusiya uranının idxalına qadağa qoyulması da müzakirə edilir. Yeni sanksiyalar Rusiyanı Ukraynadakı müharibəyə görə cəzalandırmaq və ölkə iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır.
Qadir, Bizimyol.info






