Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN: "“Baku Electronics” MMC-yə məxsus mağazanın fəaliyyətinin dayandırılmasına qərar verilib" - Video
FHN: "“Baku Electronics” MMC-yə məxsus mağazanın fəaliyyətinin dayandırılmasına qərar verilib" - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Müəyyən olunub ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən “Baku Electronics” MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Baku Electronics” MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Son xəbərlər
Bütün xəbərlər »