Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda Mossad ilə əlaqədə ittiham olunan şəxs edam edilib
İranda Mossad ilə əlaqədə ittiham olunan şəxs edam edilib

İran Ali Məhkəməsinin qərarı qüvvədə saxlamasından və bütün hüquqi prosedurlar tamamlandıqdan sonra İsrail rejimi adından casusluqda ittiham olunan Əkil Keşavərzin ölüm hökmü icra olunub.

Bizimyol.info xəbər verir ki, Məhkəmə işinə təqdim edilən materiallara əsasən, Keşavərz İsrailin xeyrinə casusluq etməkdə, Təl-Əviv rejimi ilə kəşfiyyat əməkdaşlığı qurmaqda, həmçinin İranın həssas hərbi və təhlükəsizlik obyektlərini izləyərək onların görüntülərini qeydə almaqda təqsirli bilinib və barəsində qəti hökm çıxarılıb.

Məhkəmə və hüquq-mühafizə orqanlarının yaydığı sənədlərə görə, Keşavərzin İsrailin kəşfiyyat və təhlükəsizlik qurumları ilə kiberməkan vasitəsilə əlaqə saxladığı müəyyən edilib. Araşdırmalar zamanı onun əməkdaşlıq dövründə həm İsrail ordusu, həm də Mossad kəşfiyyat xidməti ilə ayrı-ayrı kanallar üzərindən əlaqə qurduğu üzə çıxıb.

Qeyd edək ki, İran hakimiyyəti son illərdə İsrail ilə əlaqəli olduğu iddia edilən casus şəbəkələrinin ifşa edildiyini tez-tez bəyan edir və bu cür işlər milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. İranda casusluq və xarici dövlətlərlə kəşfiyyat əməkdaşlığı ən ağır cinayətlər sırasında yer alır və qanunvericiliyə görə ölüm cəzası ilə nəticələnə bilər.

Rəsmi Tehran bu tip hökmlərin icrasını “ölkənin təhlükəsizliyinin qorunması” ilə əsaslandırır, beynəlxalq insan haqları təşkilatları isə adətən bu cür edamlara tənqidi yanaşırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »