Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübahisə zamanı qadın kişiyə xəsarət yetirib: "Yemək yediyimiz stolun üstündəki boş içki şüşəsini götürüb..."
Mübahisə zamanı qadın kişiyə xəsarət yetirib: "Yemək yediyimiz stolun üstündəki boş içki şüşəsini götürüb..."

Mübahisə zamanı qadın kişinin başında araq şüşəsini sındırıb. Hadisə Abşeron rayonu, Xırdalan şəhərində baş verib.

Bizimyol.info xəbər verir ki, 41 yaşlı Samirə bu əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Onun haqqında Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Samirə qeyri-rəsmi onunla ər-arvad münasibətində yaşayan Fəxrəddinə xəsarət yetirməkdə ittiham olunur. Hadisə səhərə yaxın saat 5 radələrində onların arasında mübahisə zəminində baş verib.

Təqsirləndirilən qadının sözlərinə görə, həmin axşam Fəxrəddin spirtli içki qəbul etmişdi. Aralarında mübahisə yarananda Samirə Fəxrəddinin boğazından tutub, dırnağıyla xəsarət yetirib. Bundan sonra Fəxrəddin daha da əsəbiləşib və onun üstünə gəlib: “Fəxrəddin üstümə gələndə onun sinəsindən tutub kənara itələdim. O yıxıldı və beli stula dəydi. Mübahisə davam edəndə Fəxrəddin mənə ağır sözlər dedi. Məni təhqir etdiyinə görə yemək yediyimiz stolun üstündəki boş araq şüşəsini götürüb onun başına vurdum”.

Araq şüşəsi zərbədən sınaraq yerə dağılıb. Fəxrəddin yerə yıxıldıqdan sonra Samirə evdən çıxıb gedib. Zərərçəkmiş ondan Abşeron Rayon Polis İdarəsinə şikayət edib.

Gəncədən olan Samirənin haqqında 2020-ci ildə bu şəhərdə də Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi başlanaraq, məsuliyyətə cəlb olunub. Lakin o zaman Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarı ilə bu cinayət işinə xitam verilib.

Bu dəfə isə Samirənin haqqında Abşeron Rayon Məhkəməsi ittiham hökmü çıxarıb. O, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə cəzası kəsilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »