ABŞ ordusu Sakit Okeanda beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan üç qayığı məhv edib.
Bizimyol.info xəbər verir ki, Pentaqon tərəfindən "X"də yerləşdirilən açıqlamaya görə, gəmidə olan səkkiz nəfər həlak olub.
"Kəşfiyyat gəmilərin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyini və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu təsdiqləyib. Bu əməliyyatlar zamanı ümumilikdə səkkiz kişi narko-terrorçu öldürülüb", - deyə hərbçilər qeyd ediblər.
CNN-in məlumatına görə, ABŞ ordusu son aylarda narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə Latın Amerikası sahillərində 20-dən çox qayığı məhv edib və nəticədə təxminən 90 nəfər həlak olub.
Bizimyol.info






