Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ara məsafəsinin düzgün seçilməməsi, yol infrastrukturuna bələd olmaması kimi məsələlər ağır yol qəzasına səbəb olur"
"Ara məsafəsinin düzgün seçilməməsi, yol infrastrukturuna bələd olmaması kimi məsələlər ağır yol qəzasına səbəb olur"

Yenə avtoqəzalar neçə-neçə can alır. Biləsuvarda baş verən qəza və Qobu qəsəbəsi ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi növbəti ailə faciələrinə səbəb olub. Nəticədə 8 nəfər həyatını itirib.

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qəza və ölüm hadisələrinin yaranma riski bir neçə səbəblərə bağlıdır.

Aslan Əsədov Aslan Əsədov

“Hadisəni analiz edərkən qəza və ölüm səbəblərinin riskinin çox olması 1 neçə məsələlərə bağlı olduğunu bildirmək istəyirəm.

  • İdarəetmənin itirilməsi
  • Ara məsafəsinin düzgün seçilməməsi
  • Nəqliyyat vasitəsinin idarə edilə bilməməsi bacarığı-əlin rulo yatmamağı
  • Yola çıxan zaman vaxtın düzgün seçilməməsi
  • Yol infrastrukturuna bələd olmaması
  • Yol infrastrukturunun daha çox əks etdirici elementlərlə təmin edilməməsi.

Məsələn, körpünün rəng əks etdirici rənglərlə boyanması ola bilər. Sürət həddi rejimi gözlənilsə belə, bunlar vacib elementlərdir. Qeyd edim ki, bu 90km/saat sürət hədinə belə aiddir”, - deyə Aslan Əsədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »