Dünyanın ən zəhərli ilanı bir fili belə öldürə bilər, lakin bir heyvandan başqa: at. İlan nə qədər ölümcül olsa da, hətta qorxunc kral kobrasının dişləməsindən at ölə bilməz. Bir at dişləndikdən sonra təxminən 3 gün ərzində özünü yüngül xəstə hiss edə bilər, lakin sonra heç bir şey olmamış kimi tamamilə sağalır. Bu, təbiətin ən inanılmaz möcüzələrindən biridir və bu məxluqda insan həyatını xilas edə biləcək bir sirr var: antivenom.
- Antivenom necə istehsal olunur?
İlanlardan zəhər toplanır. Sonra atın bədəninə az miqdarda vurulur. Atın immun sistemi cavab verir və zəhəri zərəzsizləşdirmək üçün antikorlar istehsal edir. 2-3 gündən sonra bu antitellər atın qanında olur. Daha sonra atdan qan alınır və qırmızı qan hüceyrələri (RBCs) təmizlənir.
- Heyvanların, xüsusilə atların zəhərə qarşı doğrudan da bu qədər dözümlü olması nədən irəli gəlir?
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına baytar Cansu Məmmədova bildirib ki, atlar digər heyvanlara nisbətən daha dözümlüdür.
Cansu Məmmədova“Tibbdə heyvanlardan istifadə zamanı onları lazımsız qorxu və stresdən qorumaq çox vacibdir. İlk öncə bildirim ki, digər heyvanlar kimi atlar da zəhərə qarşı həssasdır. Ancaq digər heyvanlara nisbətən daha dözümlüdür. Əsas səbəblərdən biri atların kütləsinin daha böyük olması və zəhərin təsirini bir qədər kompensasiya edə bilməsidir. Bu zaman bədəndə zəhərə qarşı antikor yaranır və tibbdə istifadə olunur. Ən vacib məqam, belə heyvanlara əvvəlcədən yaxşı baxılmalı, yaxşı qidalandırılmalı və sağlam vəziyyətdə olmalıdır. Əks təqdirdə, bu vəziyyət həm hüquqi pozuntu sayılır, həm də insan və heyvan sağlamlığına ciddi ziyandır. Bütün proseslərdən sonra laboratoriya şəraitində istifadəyə yararlı hala gətirilir. Bəzi ölkələrdə texnologiyanın inkişafı ilə əlaqədar atlara ehtiyac azalır”-deyə baytar Cansu Məmmədova qeyd edib.
Günel Həsənova, Bizimyol.info






