Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xərçəng xəstəliyinin əmələ gəlməsində birinci sırada asbest maddəsindən uşaqları uzaq tutmaq lazımdır"
"Xərçəng xəstəliyinin əmələ gəlməsində birinci sırada asbest maddəsindən uşaqları uzaq tutmaq lazımdır"

Avstraliyada rəngli oyun qumlarında "tremolit" adlı asbest aşkarlandığı üçün 70 məktəbdə təhsil dayandırılıb. Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının testlərinə əsasən, bu maddənin havada yayılma riski aşağı olsa da, təhlükə yarada bilər. Qumlar 2020–2025-ci illərdə satılıb və geri çağırılıb. Yeni Zelandiyada da bənzər tədbirlər görülüb. Nazirlik məktəblərə qumların tədarükçülərinə geri qaytarılması üçün tövsiyələr verib. Asbest liflərinin nəfəs yoluyla orqanizmə daxil olması xərçəng kimi ağır xəstəliklərə səbəb ola bilər.

  • Asbest maddəsinin məktəbdə aşkarlanması uşaqlar üçün nə qədər təhlükəlidir?
  • Onkoloji risklər baxımından hansı tədbirlər mütləq görülməlidir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, asbest ağciyər xərçənginin yaranmasında çox böyük rol oynayır.

həkim-onkoloq Fərid Museyibov Fərid Museyibov

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə xərçəng xəstəliyinin əmələ gəlməsində birinci sırada asbest rol oynayır ki, bunun da bir növü olan “termolit” dir. Hətta dünyanın 50-dən çox ölkəsində artıq bundan istifadə qadağan olunmuşdur. Çünki xərçəngin əmələ gəlmə səbəblərindən biri də asbestdir. Əsasən də ağciyər xərçənginin yaranmasında çox böyük rol oynayır, ona görə də artıq bundan istifadə qadağandır.

Uşaqlara gəldikdə, uşaqların orqanizmi çox həssas olduğundan ümumiyyətlə, ağciyər toxuması inkişaf dövrü keçdiyinə görə daha təhlükəlidir. Təbii ki, asbest inşaat sektorunda daha geniş istifadə olunur. Asbestin “termolit” adlanan növü daha təhlükəlidir və xərçəngin əmələ gəlməsi sırasında ilk sırada duran maddələrdən biri hesab olunur. Ona görə digər ölkələrdə olduğu kimi bizdə də yaxşı olardı ki, buna müəyyən bir qadağalar olunsun. Yaxud da nəzarət altında olmağı daha məsləhətli olardı”, – deyə həkim-onkoloq Fərid Museyibov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »