Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Köhnə avtomobil parkı və gündəlik səfərlərdə avtomobilin payının çox olması hava çirkliliyinə səbəb olur"
"Köhnə avtomobil parkı və gündəlik səfərlərdə avtomobilin payının çox olması hava çirkliliyinə səbəb olur"

"Bakıda ən çirkli hava səhər 11-12 radələrində Neftçilər metrosu yaxınlığnda olur". Bu fikirləri yerli mətbuata açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri, Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov deyib. Rövşən Abbasov bildirib ki, metro yerləşən ərazilərdə əhali sıx yaşayır, daha çox toplaşır, həmin yerlərdə avtomobillər daha çox olur. Bu ərazidə hava kirliliğinin saat 11-12 də daha çox olduğu deyilsə də, axşam saatlarında nəqliyyat dövriyyəsi və tıxac daha çox olur. Yəni rəsmən saat 16.00–19.00 arası burada avtomobilin şüşəsini açıb nəfəs belə ala bilmirsən. Şüşəni açan kimi içəriyə avtomil mühərriklərinin qoxusu, tüstü dolur. Hələ səs kirliliyindən danışmırıq.

  • Bəs belə ərazilərdə hava kirliliyini azaltmaq üçün hansı addımlar atıla bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Neftçilər metrosu ətrafında olan dairəyə yuxarıdan baxılan zaman sanki bir mesaj var, dairədə olan qaz onun forması belə təhlükəli maddəni işarə edir. Ekspertin fikrincə, bu da sadəcə vizual bənzərlik deyil, eyni zamanda ərazidə olan hava kirliliyinin göstəricisidir: “Bəlkə də heç kim bilmir, amma Neftçilər metrosu ərazisi Bakının havası ən kirli olan ərazilərindən biridir və burada səhər saatlarında vəziyyət daha da ağırlaşır. Buna səbəb isə, həmin ərazidə olan tıxac və nəqliyyat dövriyyəsinin sıx olmasıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Rauf Ağamirzəyev

Rauf Ağamirzəyev qeyd edib ki, bu kirliliyi azalda bilmək üçün burada əlavə etmək olar və dairədə hərəkətin təşkilinə yenidən baxmaq olar.

“Ərazidən keçən avtobusların yenilənməsinə ciddi ehtiyac var. Ekoloji cəhətdən təmiz olan, həm təbii sıxılmış qazla və elektriklə işləyən avtobusların sayını artırmaq lazımdır. Həmçinin də daha nizamlı hərəkət üçün dayanacaqların da nizama gətirilməsinə ehtiyac var. Ümumi olaraq avtomobil parkımızın köhnə olması və gündəlik səfərlərdə avtomobilin payının çox olması da məhz bu ərazidə havanın çirkliliyinin səbəblərindən biridir”-deyə ekspert bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »