"İyun ayında ABŞ və İsrailin İranın önəmli nüvə mərkəzlərini bombaladılar. Hətta bəzi yerlər var ki, onlar o qədər də məlum deyildi. Məsələn; Simnanda gizlin nüvə zənginləşdirən bir mərkəz var idi, onu da bombaladılar. Ardınca Tramp iddia etdi ki, ABŞ İranın bütün nüvə təsisatlarını məhv edib. İsrailin əvvəldən şübhəsi var idi ki, İranın nüvə mərkəzlərinin hamısı məhv edilib, yoxsa yox".
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, hazırda İran daxilində nüvə mərkəzlərinin məhv edilməsi ilə bağlı müxtəlif iddialar irəli sürülür, hətta qeyd edilir ki, zənginlədirilmiş uran məhv edilməyib, gizlədilir və qeyd edilir ki, bombalama zamanı güclü xəsarət verməyib, yenidən bərpa edərək, həmin mərkəzləri işə sala bilərik.
Maşallah RəzmiSiyasi şərhçi Maşallah Rəzmi qeyd edib ki, Natanzda, İsfahanda, Fordoda olan nüvə mərkəzləri məhv edilib. Siyasi şərhçinin fikrincə, nüvə mərkəzlərinin tamamilə məhv edilməməsi fikri yenidən əsas verir ki, İsrail İrana hücum etsin.
Maşallah Rəzmi hesab edir ki, İranın nüvə mərkəzlərinə dəyən zərərin müəyyənləşdirilməsi ilə bağlı hələ heç bir məlumat yoxdur və bunun müəyyən edilməsi üçün mütəxəssislər araşdırmalar aparmalıdır.
İradə Cəlil, Bizimyol.info






