Qazaxıstan elektrik ötürücü xətlərin (PTL) diaqnostikasını aparmaq və qüsurları müəyyən etmək üçün süni intellektə (Sİ) malik dronlardan istifadə edir.
Bizimyol.info xəbər verir ki, bu barədə energetika naziri Erlan Akkenjenov məlumat verib.
"Biz süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edirik. Elektrik enerjisi sənayesində süni intellektlə işləyən dronlar elektrik ötürücü xətlərin tez bir zamanda diaqnostikasını aparmağa kömək edir", - deyə Akkenjenov bildirib. Nazirin çıxışının videoyazısını Qazaxıstan hökumətinin mətbuat xidməti yayıb.
O, həmçinin qeyd edib ki, istilik enerjisi sənayesində robot sistemlər boruların vəziyyətini içəridən skan edərək, məqsədyönlü təmirə imkan verir, qaz sektorunda isə Sİ köməkçisi sayğacların göstəricilərini avtomatik tanımaq üçün uğurla işləyir.
Qadir, Bizimyol.info






