Tamamilə doğru deyilib: "Ədalətin olmadığı yerdə hamı günahkardır".
İndi dünyanın heç bir yerində ədalət yoxdur. Demək olar, heç yerdə.
Belorus prezidenti Aleksandr Lukaşenkonu indiyə qədər "diktator" adlandıran Qərb indi ona "güclü lider" deyir. Və ondan 1300 (!) siyasi məhbusu azad etməsini istəyir.
"Siyasi məhbus" məsələsinə hələ qayıdacam. Amma Vaşinqton bəlkə bir qərara gəlsin: Lukaşenko kimisinə, yəni 1300 siyasətçini həbs edən, məhkum edən dövlət rəhbərinə qətiyyətlə pislənəcək diktatordur, yoxsa güclü lider?
Diktator, yoxsa güclü lider?
Tamamilə doğru deyilib: "Ədalətin olmadığı yerdə hamı günahkardır".
İndi dünyanın heç bir yerində ədalət yoxdur. Demək olar, heç yerdə.
Belarus prezidenti Aleksandr Lukaşenkonu indiyə qədər "diktator" adlandıran Qərb indi ona "güclü lider" deyir. Və ondan 1300 (!) siyasi məhbusu azad etməsini istəyir.
"Siyasi məhbus" məsələsinə hələ qayıdacam. Amma Vaşinqton bəlkə bir qərara gəlsin: Lukaşenko kimisinə, yəni 1300 siyasətçini həbs edən, məhkum edən dövlət rəhbərinə qətiyyətlə pislənəcək diktatordur, yoxsa güclü lider?
1300 "siyasi məhbus", bilirsiniz, nə deməkdir? Bu, Belarusda Lukaşenkodan başqa kimsənin siyasətlə məşğul ola bilməməsi deməkdir.
Ancaq, sözün doğrusu, mən "siyasi məhbus" ifadəsinin özünü də doğru saymıram. Əslində bu, ədalətsizliyin miqyasını daraldır. Ona görə də mən "günahsız məhbus" ifadəsini işlətməyin tərəfdarıyam. Çünki həbsxanalarda o qədər günahsız məhbus var ki, heç bir siyasi fəaliyyətlə məşğul olmayıb. Tam apolitik adamlar var, saxta ittihamla, qərəzli məhkəmə hökmü ilə türmələrdə çürüyür. Belələri nə etməlidir?! Onları kim müdafiə edəcək?!
Amma bir tərəfdən də, Trampı təqdir etmək lazımdır. İnsan haqlarına praktik yanaşır. Uzun-uzun bəyanatlar vermir. Bu və ya başqa ölkədə "güclü lider" kimdirsə, onu tapıb zəng edir. Deyir: "Filan məhbusları burax".
Bəlkə də belə yaxşıdır. Nəticəyə hesablanmış oyundur. Öz istədiyini almaq üçün bir var, birinin başına bomba tökəsən, bir də var, başını sığallayasan. "Trampizm"in məntiqinə görə, əsas nəticədir.
Onsuz da Trampın məqsədi hardasa hakimiyyəti dəyişmək deyil. Hakimiyyətlərlə daha sərfəli şərtlərlə işləməkdir. Görürsünüz, "sövdələşmə" kəlməsi dilindən düşmür.
Nə bilim!
Nədir, nə deyil, o bir yana. "Uşaq qatili"ni qırmızı xalçada qarşılamaq və üstəlik alqışlamaq... Amerikanın böyüklüyünə yaraşmadı. "Amerikanı yenidən ən böyük etmək" vədi ilə hakimiyyətə gələn şəxsə heç yaraşmadı.
Amma prezident Volodimir Zelenskini Ağ Evdə qarşılamaqla Ukrayna xalqının könlünü almağa çalışır. Bunun özü də bir şeydir.
yazıçı-publisist, əməkdar jurnalist Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






