Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"12 günlük müharibədən öncə də, sonra da İran danışıqlar masasında şərt qoymağa çalışır" - Video
"12 günlük müharibədən öncə də, sonra da İran danışıqlar masasında şərt qoymağa çalışır" - Video

“İranla Amerika Birləşmiş Ştatları arasında danışıqlar heç bir zaman kəsilməyib. Hətta 12 günlük müharibə müddətində də İranın Xarici İşlər nazirinin dediyinə görə, internet üzərindən ABŞ-ın İran üzrə nümayəndəsi ilə əlaqələri olub. Deyib ki, “mən deyirdim, yazırdım, o da cavab verirdi”. Bu atəşkəs məsələsində də ABŞ İrana xüsusi mesaj verib. Donald Tramp deyib ki, “İran və İsrail müharibəni dayandırmalıdır, bəsdir”. Bu səbəbdən də demək olar ki, ABŞ-la İranın danışıqları heç bir zaman kəsilməyib”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İran müzakirələrə razı olduğunu desə də, hər zaman şərt qoyub.

Maşallah Rəzmi Maşallah Rəzmi

“Bu şərtlərdən biri odur ki, hücumlar zamanı məhv edilən İranın nüvə mərkəzlərinə dəyən zərərlər ödənilməlidir. Eyni zamanda ABŞ zəmanət verməlidir ki, İrana yenidən hərbi hücumlar edilməyəcək. Bunu elə bir dövlət deyir ki, əlində heç nəyi yoxdur. Yəni İran 12 günlük müharibədə sübut etdi ki, bu günə qədər boş-boş danışıb. Sübut etdi ki, bu hakimiyyət müdafiə oluna bilmir. Bu 46 il ərzində İrandakı hakimiyyət İranı elə bir vəziyyətə salıb ki, bu gün əli boşdur. Dünyada heç bir dostu qalmayıb”-deyə Maşallah Rəzmi qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »