Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail HƏMAS-dan atəşkəs təklifinə cavab alıb
İsrail HƏMAS-dan atəşkəs təklifinə cavab alıb

HƏMAS iyulun 24-də səhər saatlarında Qəzzada atəşkəs təklifi ilə bağlı cavabını vasitəçilərə rəsmi şəkildə təqdim etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, danışıqlarda iştirak edən mənbə "KAN"a HƏMAS-ın cavabını vasitəçilərə təqdim etdiyini təsdiqləyib.

Cavabın müsbət və ya mənfi olduğu barədə hələlik məlumat verilməyib. "Kanal 12" yüksək rütbəli İsrail rəsmisinə istinadla bildirib ki, İsrail HƏMAS-ın təklifə cavabını alıb və hazırda onu araşdırıq.

O qeyd edib ki, son cavab qrupun bir gün əvvəl təqdim etdiyi cavabdan daha yaxşı olub və bu, vasitəçilər tərəfindən qəti şəkildə rədd edilib. "İndi işləmək üçün bir şey var", - deyə rəsmi şəxs bildirib.

"Əl-Ərəbiyyə" iyulun 23-də axşam saatlarında bildirib ki, HƏMAS yeni girovların azad edilməsi və atəşkəs təklifi ilə bağlı ilkin razılıq bildirib və onun cavabının müsbət olacağı gözlənilir.

Fələstin mənbələrinin məlumatına görə, HƏMAS artıq iyulun 22-də vasitəçilərə ilkin cavabı təqdim edib, lakin təklifin əsas şərtlərinə cavab vermədiyi üçün rədd edilib. Daha sonra vasitəçilərin dərhal və əhəmiyyətli çeviklik tələb edərək HƏMAS-a güclü siqnal göndərdikləri bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »