Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda bayram şənlikləri zamanı izdihamda 3 nəfər ölüb
Hindistanda bayram şənlikləri zamanı izdihamda 3 nəfər ölüb

Hindistanın şərqindəki Odişa əyalətində festival zamanı yaranan izdihamda 3 nəfər həyatını itirib, 50-yə yaxın adam yaralanıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Hindustan Times" qəzetinin məlumatına görə, Odişanın Puri rayonunda "Cagannath Rath Yatra" festivalı qeyd olunmağa başlayıb.

Bayram tədbirləri davam edərkən yerli vaxtla saat 04:00 radələrində məbədin yaxınlığında toplaşan izdihamda 3 nəfər həyatını itirib.

Səlahiyyətlilər izdihamda yaralanan 50-yə yaxın adamdan 6-nın vəziyyətinin ağır olduğunu bildirib.

Məlumdur ki, belə qəzalar Hindistanın ən mühüm festivallarından biri olan "Caqannath Rath Yatra" şənlikləri zamanı baş verir.

Festival ölkənin Odişa və Qucarat ştatlarında, xüsusən də hindu tanrılarından biri olan Lord Caqannathın xatirəsini yad etmək üçün keçirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »