Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya istilərlə mübarizə aparır: Qırmızı xəbərdarlıq verildi
İtaliya istilərlə mübarizə aparır: Qırmızı xəbərdarlıq verildi

Həftə sonu İtaliyaya təsir edəcək həddindən artıq istilərlə əlaqədar şənbə günü 17, bazar günü isə 21 şəhər üçün "qırmızı" xəbərdarlıq edilib.

Bizimyol.info xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi sosial mediada isti dalğasının həftə sonu bir çox şəhərə təsir edəcəyini açıqlayıb və günəşdən qorunmaq üçün bir sıra xəbərdarlıq və ehtiyat tövsiyələri əlavə edib.

Nazirlik Ancona, Bolonya, Bolzano, Brescia, Florensiya, Frozinone, Latina, Milan, Neapol, Palermo, Perugia, Pescara, Roma, Turin, Triest, Venesiya və Verona üçün "qırmızı" ən yüksək risk xəbərdarlığı edib.

Bazar günü Kataniya, Civitavecchia, Rieti və Viterbonun "qırmızı" xəbərdarlıq siyahısına daxil ediləcəyi, ümumilikdə 21 şəhərin qızmar istilərin təsirini yaşayacağı bildirilib.

Səhiyyə Nazirliyi “qırmızı” həyəcan siqnalının olduğu şəhərlərdə təkcə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanlar üçün deyil, sağlam və aktiv şəxslər üçün də ciddi sağlamlıq riskləri yarada biləcək istilərin təsirinin hiss olunacağını vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »