Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ vətəndaşlarını İrandan çıxardırdı, rəsmi Tehran İsrailin hücumlarına hazırlıq görməmişdi" - Video
"ABŞ vətəndaşlarını İrandan çıxardırdı, rəsmi Tehran İsrailin hücumlarına hazırlıq görməmişdi" - Video

"Bir neçə gündür ki, İran və İsrail arasında müharibə başlayıb. İsrail qəfildən İrana hücum etdi. Bu hücumda 200 hərbi təyyarə iştirak edib. İranın müxtəlif ərazilərində müxtəlif hədəfləri bombardman etdilər. Bu hücumlarda İsrail hibrid texnikadan istifadə edirdi. Həm bombardman, həm dron, həm uzaqmənzilli raket və ərazilərdə partlayışlarla hücum həyata keçirmişdi. Sipahi Pasdaranın bütün komandanları - 20 nəfər öldürülüb. Onlardan 5 nəfər Sipahi Pasdaranın əsas adamları idi".

Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, 9 nəfər İranın atom-nüvə sahəsində olan alimlərini məhv edib və Təbrizdə 4 yer bombardman edilib: "Təbrizdə hərbi hava yolları, hava limanı, radarlar bombardman edilib. Təbrizdən İsrailə raket atılan yerlər bombardman edilib. Təbrizdən sonra Zəncanda partlayıcı maddələrin mərkəzi bombardman edilib. Həmədana hücum edilib. Tehrandan sonra ən çox hücum Təbrizə edilib. Tehranda da bir çox ərazilər bombardman edilib. Aıq hava da olan bütün təyyarələr məhv edilib. Eyni zamanda 3 nüvə zənginləşdirilmə mərkəzi dağıdılıb. Natanz, Qum şəhəri və İsfanda olan mərkəzlər dağıdılıb".

Maşallah Rəzmi Maşallah Rəzmi

Maşallah Rəzmi qeyd edib ki, İsrailin hücumundan sonra Şərqi Azərbaycan valisinin əyalətdəki vəziyyətlə bağlı bəyanatlarının mətni belədir: "Sionist rejimin sevimli ölkəmiz torpağına açıq-aşkar təcavüzündən sonra indiyədək əyalətlərdə 19 məntəqə hücuma məruz qalıb.Bu məntəqələrə Təbriz şəhərinin kənarında, o cümlədən hərbi və mülki mərkəzlərdə 12 məntəqə, Bostan-Abad və Şəbüstər şəhərlərinin hər birində 2 nöqtə, Azərşəhr, Marağa və Türkmənçay şəhərlərinin hər birində bir nöqtə daxildir. Bu hücumlarda İslam Vətəninin müdafiəsi üçün 30 hərbçi və bir Qızıl Aypara əsgəri şəhid olub, 55 nəfər yaralanıb".

Maşallah Rəzminin İran-İsrail müharibəsi ilə bağlı şərhinin davamını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »