Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabir Rüstəmxanlının 15 cildliyinin təqdimatı keçirilib
Sabir Rüstəmxanlının 15 cildliyinin təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitaxanasının "Şuşa" zalında xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyinin təqdimatı keçirildi.

Təqdimatı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açdı. O, Sabir Rüstəmxanlının yaradıcılığını geniş təhlil etdi. Yazıçılar Birliyinin sədri Anar dedi ki, Sabir Rüstəmxanlının "Ömür kitabı" Azərbaycan ədəbiyyatının inkişafında yeni bir mərhələdir.

Sabir Rüstəmxanlını "mütəfəkkir şair" adlandıran akademik Nizami Cəfərov dedi ki, o, daha 20 cild də yaza bilər.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov deyib ki, milləti millət edən gen yaddaşı, gen yaddaşıdır və bunu dərkində Sabir Rüstəmxanlının əsərləri böyük rol oynayır.

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »