Qərbi Afrika ölkəsi Liberiyada "M poks" (meymun çiçəyi) virusuna yoluxanların sayı artmaqdadır. Bildirilib ki, həm heyvanlardan, həm də insanlardan keçən xəstəliyə 78 nəfərdə rast gəlinib.
Bizimyol.info xəbər verir ki, Liberiya Milli İctimai Səhiyyə İnstitutunun (NPHIL) baş direktoru Dougbeh Chris Nyan qeyd edib ki, 4 yeni "M poks" hadisəsinin aşkarlanıb və bununla da yanvar ayından bəri ölkədə virusa yoluxma sayı 78-ə yüksəlib. Liberiya, virusa qarşı mübarizə çərçivəsində keçən ay Avropa Komissiyasının Səhiyyə Fövqəladə Hallara Hazırlıq və Cavab Agentliyindən 10,800 doza "M poks" peyvəndi alıb.
"M poks" virusu siçan və dələ kimi gəmirici heyvanlardan və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun yaratdığı bədən səpgilərinə toxunmaq, çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq yoluxmanın ən mühüm səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan 5-21 gün sonra görünə bilər. Virus adətən yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, titrəmə, titrəmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Xəstəliyin xüsusi müalicəsi yoxdur və antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.
Qadir, Bizimyol.info






