ABŞ-ın keçmiş prezidenti Co Baydenə "aqressiv" prostat xərçəngi diaqnozu qoyulduğu bildirilir.
Bizimyol.info xəbər verir ki, Baydenin ofisindən onun səhhəti ilə bağlı yazılı açıqlama verilib.
Açıqlamada Baydenə "aqressiv" xarakterizə edilən prostat xərçəngi diaqnozu qoyulduğu bildirilir.
Açıqlamada Baydenin keçən həftə sidik ifrazı əlamətləri və prostat düyününün aşkarlanmasından sonra həkimlər tərəfindən müayinə olunduğu, mayın 16-da cümə günü ona prostat xərçəngi diaqnozunun qoyulduğu bildirilib.
Açıqlamada, Baydenin xərçəng hüceyrələrinin 1-dən 10-a qədər olan miqyasda necə göründüyünü ölçən Gleason balında 9 bal olduğu qeyd edildi.
Baydenin ailəsi ilə müalicə variantlarını müzakirə etdiyi və tezliklə müalicəyə başlayacağı da ictimaiyyətlə paylaşılıb.
ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabından açıqlama verib və Baydenin tezliklə sağalmasını arzulayıb.
Tramp: "Melaniya və mən Co Baydenin son tibbi diaqnozunu eşidəndə çox kədərləndik. Jill və onun ailəsinə ən səmimi və ən xoş arzularımızı çatdırırıq və Coya tezliklə sağalmağı diləyirik", - deyə açıqlamasında qeyd edib.
Qadir, Bizimyol.info






