Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 16-18 may 2025-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresini təşkil edib.
Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
3 günlük proqrama məxsus tədbirdə 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edəcək. Konqresdə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə olunacaq.
Konqresin ikinci günü - 17 may tarixində “Fəxri sessiya” panelində Rəşad Mahmudov, Mehmet Ali Özatik, Gülnaz Dadaşova çıxış edib. Panel çərçivəsində müalicə üsulları və xarici təcrübələr konqres iştirakçıları ilə bölüşülüb.
Professor David Paul Taggart tədbirin fəxri qonağı qismində tədbirdə iştirak edib.
Konqresdə “Niyə 2025-ci ildə də CABG koronar revaskulyarizasiya üçün qızıl standart olaraq qalır?” mövzusunda müzakirələr aparılıb. Konqres iştirakçıları spikerlərə suallar ünvanlayıb və maraqlandıran mövzular üzrə suallar ətraflı cavablandırılıb.
Leyla, Bizimyol.info






