Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı"... "Tarixi abidələrimizi dağıdanlar bizə böhtan atırlar"
"Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı"... "Tarixi abidələrimizi dağıdanlar bizə böhtan atırlar"

Azərbaycana qarşı ədalətsizlik və haqsızlıq davam edir. Belə ki, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komitəsi (USCIRF) iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək. Bu sessiyada həmçinin erməni mədəni irsinin məhv edilməsi məsələsi də müzakirə olunacaq. "Azərbaycan hökuməti erməni mədəni irsini məhv etdiyi üçün Dağlıq Qarabağdakı dini obyektlər təhlükə altında qalır", - USCIRF-in bəyanatında deyilir. Bəyanatda vurğulanır ki, Azərbaycanda dini etiqad azadlığı ilə bağlı şərait həyəcan verici olaraq qalır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada həmin təşkilatlara belə bir sual ünvanlayaq ki, "onlar özləri işğal dövründə bizim dağıdılan abidələrimizə qarşı hansı addımlar atdılar və ya ortaya hansısa mövqe qoyuldumu?"

Ceyhun Məmmədov Ceyhun Məmmədov

“İşğal dövründə Ermənistan tərəfindən 67 məsciddən 65-i məhv edilib, ikisi qismən dağıdılıb. Abidələrimiz, tarixi məkanlarımız darmadağın edilib. Bununla bağlı hansısa bir addım atdılarmı, hansısa bir mövqe ortaya qoydularmı? Bu qədər barbarlıq, vəhşilik törədildiyi bir halda Azərbaycana qarşı bu cür addımlar atmaq və Azərbaycana qarşı bunu etməyin özü onların nə qədər ziyankar və simasız olduğunu açıq-aydın göstərir. Azərbaycan heç zaman bunu etməyib”-deyən Ceyhun Məmmədov təəssüflə vurğulayıb ki, bu, ermənilərin növbəti çirkin oyunudur və bu oyuna da bəzi Qərb dövlətləri açıq-aydın gedir, bu cür addımlarla onlar bizə qarşı tədbirlər görməyə çalışırlar.

“Sual olunur: niyə Amerika o zaman bu qədər terrorçunu cəzalandırdı, həbs etdi? Bu qədər terrorçu ilə bağlı addımlar atdı. Yəni bunun kökündə nə durur? Əgər Ermənistan müdafiə edirlərsə, öz siyasətlərinə baxsınlar. Hələ də bu gün Amerikada nə qədər insan türmədə, din pərdəsi altında onlar tərəfindən işgəncələrə və həbsə məruz qalıb”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »