Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali təhsilli taksi sürücüsü, fəhlə... "Universitet diplom verdiyi məzunun karyerasını, məşğulluğunu izləməlidir"
Ali təhsilli taksi sürücüsü, fəhlə... "Universitet diplom verdiyi məzunun karyerasını, məşğulluğunu izləməlidir"

Çox zaman taksi fəaliyyəti ilə məşğul olan və yaxud fəhləliklə məşğul olan insanlardan eşidirik ki, onların 2 ali təhsili var, amma işə yaramadığı üçün məcbur bu işlə məşğuldurlar.

Ali təhsili olan şəxslər niyə bu kimi işlərdə çalışmağa məcbur qalmalıdırlar?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu diplom dövlətin adından verilir və diplom dövlətin adından verilirsə, dövlətə hörmət edən universitet özünün adına da hörmət etməlidir.

İlqar Orucov İlqar Orucov

“İnsan təkcə biliklə uğur qazanmır. Həmçinin biliklə bərabər onun digər bacarıqları da lazım olur. Universitet birmənalı olaraq, hər şeyə cavabdeh ola bilməz. Məsələ budur ki, bizim əmək bazarına kadr transferi istiqamətində xeyli problemlərimiz mövcuddur.

Deyirik ki, bu məzun zəhmət çəkib özü öyrənərdi, çalışardı, oxuyardı. Yaxşı məzun oxumursa, niyə diplom verirsən? Bu diplomun aqibəti nədir? İşəgötürən deyir ki, bu diplom mənə yaramır. Deməli, universitet həmin diplomu verməməlidir”-deyən İlqar Orcuov vurğulayıb ki, demək istədiyi də budur.

Ekspertin fikrincə, universitetin məzunlarının işə qəbulu izlənilməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »