Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koreyalı alimlər: Varikoz damarları demans riskini artıra bilər
Koreyalı alimlər: Varikoz damarları demans riskini artıra bilər

Koreyalı tədqiqatçılar bildirirlər ki, varikoz damarları olan milyonlarla insan demensiyaya tutulma riski bu xəstəliyi olmayanlara nisbətən daha yüksəkdir.

Bizimyol.info xəbər verir ki, Koreyalı alimlərin araşdırmasına görə, yarım milyona yaxın insanın məlumatlarını təhlil edən ekspertlər varikoz damarları olan insanların demensiya diaqnozu qoyulma ehtimalının 23,5% daha çox olduğunu aşkar etdilər.

"PLOS One" jurnalında dərc olunan məqalənin müəllifləri deyirlər ki, damar xəstəliklərinin demansla əlaqəli olmasının dəqiq səbəbləri hələ sübut edilməyib.

Əlaqədar ola bilər ki, varikoz damarları bədəndə zəif qan dövranını göstərir və bu da demansın inkişafının səbəblərindən biri kimi qəbul edilə bilər.

Başqa bir nəzəriyyə, varikoz damarlarının bədəndə geniş yayılmış iltihaba kömək edə biləcəyi və beyin zədələnməsinə səbəb olan prosesləri aktivləşməsinə xidmət edə biləcəyini bildirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »