Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC Prezidenti Ersin Tatar və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz açıqlamalar verdilər
ŞKTC Prezidenti Ersin Tatar və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz açıqlamalar verdilər

Qəbul zamanı Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatar və Türkiyə Respublikası Prezidentinin müavini Cevdet Yılmaz açıqlamalar verdilər.

Tədbirdəilk olaraq Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz söz aldı: “Dünən, cənab Prezidentimizin təşrifləri ilə bu əsər rəsmi olaraq istifadəyə verildi. Layihənin əvvəldən etibarən ideyasını ortaya qoyan və ona öncülük edən bir şəxsiyyət olduğunuzu çox yaxşı bilirik. Sizə xüsusilə təşəkkür edirik. Əlbəttə ki, cənab Prezidentimizə və əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk. Şimali Kipr Türk Cümhuriyyətimiz inşallah nəsillər boyu miras qalacaq bir əsər əldə etmiş oldu”, - deyib

Cevdet Yılmaz Prezidentlik Kompleksi Layihəsinin bir “möhür” olduğunu bildirərək: “Bu layihənin yalnız Prezidentlik və Cümhuriyyət Məclisi binalarından ibarət olmadığını, həmçinin millət bağçası, məscid, kitabxana və ali məhkəmə ilə birlikdə möhtəşəm bir əsər olduğunu vurğulayıram və xeyirli olmasını diləyirəm”, - deyib.

Cevdet Yılmaz əlavə olaraq: “Bu əsər, Şimali Kipr Türk Cümhuriyyətinin iki dövlətli həll vizyonunun konkret bir ifadəsidir. Bərabər suverenliyin bir rəmzidir. Eyni zamanda bu gözəl əsər, Şimali Kipr Türk Cümhuriyyətinin institusional potensialını daha da irəliyə aparacaq. Bu qurumların səmərəliliyini artıracaq”, - deyə qeyd edib.

Yılmaz çıxışında birlikdə ortaq bir gələcək inşa etdiklərini vurğulayaraq bunları söylədi: “Türkiyə Cümhuriyyəti olaraq adadakı reallıqlara uyğun şəkildə, sizin ortaya qoyduğunuz iki dövlətli həll vizyonunu bütün gücümüzlə dəstəkləyirik. Cənab Prezidentimizin Birləşmiş Millətlərdəki çıxışları və digər bütün platformalarda sərgilədiyi mövqe bunun ən açıq sübutudur. Biz də bütün gücümüzlə bu vizyonu dəstəkləməyə davam edəcəyik”.

Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatarı yeni Prezidentlik binasında ilk dəfə ziyarət etdiyini bildirərək: “Bu fürsətdən istifadə edərək sizə, dünyanın və bölgəmizin keçdiyi bu mühüm dövrdə göstərdiyiniz liderlik və dövlət adamlığı üçün təşəkkür edirəm və birlikdə gələcəyimizi inşa etməyə davam edəcəyik”, - deyib.

Son xəbərlər
Bütün xəbərlər »