Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda "meymun çiçəyi"nə görə karantin elan edilib
Pakistanda "meymun çiçəyi"nə görə karantin elan edilib

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Bajur rayonunda meymun çiçəyi xəstəliyinə yoluxma hallarının artması ilə əlaqədar 12 günlük karantin rejimi elan edilib.

Bizimyol.info xəbər verir ki, səlahiyyətlilər tərəfindən edilən açıqlamada, son üç ildə bölgədə 17 meymun çiçəyi hadisəsi aşkar edildikdən sonra tətbiq edilən karantin rejimi bu həftə qüvvəyə minib.

Bildirilib ki, təbit edilən halların əksəriyyəti epidemiyanın müşahidə olunduğu ölkələrdən gələn insanlarda rast gəlinib.

Regional administrasiya virusun yayılmasının qarşısını almaq üçün zərər çəkmiş əraziyə bütün giriş-çıxış məntəqələrini bağlayıb. Bəyanatda: "Qapanma zamanı yalnız marketlər, apteklər, mağazalar və təcili yardım xidmətləri kimi əsas xidmətlər fəaliyyətlərini davam etdirəcəklər", - deyə qeyd edilib.

Səlahiyyətlilər, karantin qaydalarını pozan hər kəsə qarşı qanuni tədbir görüləcəyi barədə xəbərdarlıq edib. Yerli əhaliyə evdə qalmaq, səhiyyə qrupları ilə əməkdaşlıq etmək və sağlamlıq təhlükəsizliyi qaydalarına əməl etməklə bağlı çağırış edilib.

Dövlət Səhiyyə Müdirliyi şübhəli halların tez aşkarlanması və təcrid edilməsi üçün xüsusilə giriş məntəqələrində və səhiyyə müəssisələrində nəzarət fəaliyyətini artırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »