Türkiyə Respublikası Xarici İşlər Naziri Hakan Fidan: "Türk dünyası bir bütün olaraq Kipr türkünün yanında olmağa davam edəcək. Bu mövzudakı siyasətlərimizi səbirli şəkildə davam etdirəcəyik", - deyib.
Bizimyol.info xəbər verir ki, Hakan Fidan, Norveç Xarici İşlər Naziri Espen Barth Eide ilə Xarici İşlər Nazirliyindəki görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
Hakan Fidan çıxışında, "Türk dünyası ideyasına uyğun bir şəkildə hərəkət etməyə" davam edəcəklərini vurğulayıb. Nazir əlavə olaraq bəzi dairələrin bu mövzuda manipulyasiya etməyə çalışdığını və bu məsələnin açıq şəkildə ictimaiyyətdə müzakirə edilməsini istədiklərini bildirib.
Hakan Fidan: "Biz prinsip olaraq ailəvi məsələləri ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tuturuq. Türk dünyası ilə əlaqəmizi pozmaq istəyənlərin manipulyasiyaları bu baxımdan uğurlu olmayacaq", - deyə qeyd edib.
Bundan əlavə, Hakan Fidan, "hökumətə qarşı neqativ bir not qoymağa çalışanların cəhdlərinin də" uğursuz olacağını bildirib. O, atdıqları addımların və Türkiyənin istiqamətinin aydın olduğunu qeyd edərək: "Bu mövzuda sağlam düşüncə ilə hərəkət etməyə və hər cür məsələləri ailə içində müzakirə etməyə davam edəcəyik", - deyib.
Nazir Hakan Fidan: "Bu mövzudakı mövqeyimiz açıqdır. Kipr türkləri də böyük Türk dünyası ailəsinin əvəzolunmaz və ayrılmaz bir hissəsidir. Bu həqiqət heç vaxt dəyişməyəcək. Türk dünyası bir bütöv olaraq Kipr türkünün yanında olmağa davam edəcək. Bu mövzudakı siyasətlərimizi səbirli şəkildə davam etdirəcəyik", - deyə qeyd edib.
Hakan Fidan, hər kəsin eyni anlayış və qərarlılıqla hərəkət etməsinin Türk dünyasını daha da böyüdəcəyini və gücləndirəcəyini vurğulayıb.






