Türkiyənin Kütahya bölgəsinin Simav rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Təbii Fəlkətlərin İdarə edilməsi Agetliyi (AFAD) məlumat verib.
Bildirilir ki, Kütahyanın Simav rayonunda saat 07:23-də 4,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ 8,8 kilometr dərinlikdə baş verib. Zəlzələ Simav və ətraf əyalət və rayonlarda hiss olunub.
Zəlzələdən az sonra saat 07:29-da 11,6 kilometr dərinlikdə 3,9 bal gücündə daha bir zəlzələ baş verib.






