Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib

İstanbulda saat 12.49-da 6,2 bal gücündə zəlzələ baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Halların İdarə edilməsi Agetliyi (AFAD) saytında yer alan məlumata görə, episentri İstanbulun Silivri rayonu, Mərmərə dənizində olan 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

İstanbul və ətraf vilayətlərdə hiss edilən zəlzələnin 6,92 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

“İstanbul, Mərmərə dənizi, Silivridə 6,2 bal gücündə zəlzələ baş verib. Ətraf ərazilərdə də hiss olunan zəlzələ ilə bağlı bütün AFAD qrupları və aidiyyatı qurumlarımız axtarış, xilaseymə işlərinə başlayıb. Zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza ən xoş arzularımı bildirirəm. Allah ölkəmizi, millətimizi bəlalardan qorusun”, - deyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

Yerlikaya telefonla "TRT News"da canlı yayımda İstanbulda baş verən zəlzələlərlə bağlı açıqlamalar verib.

İstanbulda 6,9-7 kilometr dərinlikdə zəlzələ olduğunu bildirən Yerlikaya bu zəlzələnin bölgədə, xüsusilə İstanbulda hiss olunduğunu bildirib.

Ali Yerlikaya zəlzələdən zərər çəkən vətəndaşlara şəfa diləyib: "Mərmərədə zəlzələnin hiss edildiyi bütün bolgələrin rəhbərləri ilə əlaqə saxladıq. Allaha şükürlər olsun ki, nə onlar, nə də İstanbul şəhər rəhbərliyi 112 Təcili Zəng Mərkəzinə zəng edib "evimiz, binamız uçdu” kimi kömək istəyənlərin olmadığını bildiriblər. Biz buna çox sevinirik",- deyə qeyd edib.

Zəlzələlərdən sonra işlərin AFAD-ın koordinasiyasında aparıldığını deyən Yerlikaya hesabatların yoxlanılması prosesi haqqında məlumat verib.

"Son bir saat ərzində ora axtarış-xilasetmə qrupları heç bir ağır fəsadlara rast gəlməyiblər. Zəng edənlər əsasən, “Bizim binada çat var, orada nəsə var” kimi xəbərlər veriblər. Biz onların hər birini qeyd edirik və bilməlisiniz ki, biz əvvəlki zəlzələlərdə etdiyimiz kimi, onların hər birini nəzərdən keçirəcəyik. Zamanla bunları sizinlə paylaşmağa davam edəcəyik. Bizim Səhiyyə Nazirliyimiz, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi və bütün aidiyyatı nazirliklərin bütün diqqəti buradadır, onların hamısı dövlət və hökumət olaraq hazırda bu məqamda səy göstərirlər, çünki təcili tədbirlər görülməlidirlər", - deyə qeyd edib.

Hazir bildirib ki, zəlzələ zamanı təşviş içində tullanan, qaçarkən və ya çölə çıxmaq istəyərkən xəsarət alanlar barədə, az da olsa, xəbərlər almışıq. "Həmkarlarımız bununla bağlı hal və rəqəmləri Səhiyyə Nazirliyimizlə birlikdə paylaşacaqlar. Biz zəlzələnin ilk anından prezidentimizə məlumat təqdim etmişik. Biz onun göstərişlərini almışıq və o, prosesi anba-an izləyir. Bunu demək istəyirəm, Allah bizi bir daha belə hallardan qorusun. Vətəndaşlarımız diqqətli olsunlar, artımlara, yəni afterşoklara qarşı diqqətli və ehtiyatlı olmaqda fayda var. Sizin vasitənizlə çaxnaşma içində deyil, ehtiyat onlara davamlı olaraq məlumat verəcəyik və inşallah, birlikdə bunun öhdəsindən gələcəyik", - deyə nazir bildirib.

Türkiyənin zəlzələ ölkəsi olduğunu vurğulayan Yerlikaya: "İlk 6 saat bizim üçün önəmlidir. Gərəksiz yerə vəziyyəti gərginləşdirməmək lazımdır", - deyib.

Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu sosial media hesabında etdiyi paylaşımda İstanbulda baş verən və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən zərər çəkmiş bütün vətəndaşların tezliklə sağalmasını diləyib. Nazir Uraloğlu nəqliyyat xətlərində ilk yoxlamaların nəticələrinə də toxunub və bunları qeyd edib: "İlkin yoxlamalarımız zamanı magistral yollarımızda, hava limanlarımızda, qatarlarımızda və metrolarımızda hər hansı nasazlıq və ya neqativ hal aşkar edilməyib. Komandalarımız yerlərdə ümumi baxış və nəzarət tədbirlərini davam etdirir. Allah ölkəmizi və əziz xalqımızı hər cür fəlakətdən qorusun".

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »