Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərbin Türk Dünyası ölkələrini hiylələrlə bir-birindən ayırmaq cəhdlərinin qarşısı qısa zamanda alınacaq"
"Qərbin Türk Dünyası ölkələrini hiylələrlə bir-birindən ayırmaq cəhdlərinin qarşısı qısa zamanda alınacaq"

2025-ci il aprelin 4-də Səmərqənddə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan liderlərinin və AB rəhbərliyinin iştirakı ilə Avropa Birliyi və Mərkəzi Asiya ölkələrinin birinci sammiti keçirilib. İclasdan sonra tərəflərin bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiqliklərini bir daha təsdiqlədikləri, xüsusən də BMT Təhlükəsizlik Şurasının 541 (1983) və 550 (1984) saylı qətnamələrini dəstəklədiklərini təsdiqləyən birgə bəyannamə qəbul edilib. Kipr və digər ölkələri bunu tanımamağa çağırıb. Bundan əvvəl, yanvar ayında Qazaxıstan Nikosiya (“Yunan” Kipr Respublikası) ilə səfirlərin mübadiləsi və səfirliklərin açılması barədə razılığa gəlib. Özbəkistan 2024-cü ilin dekabrında İtaliyadakı səfirini Kiprdə akkreditə etdi və bu, 1997-ci ildə əlaqələrin qurulmasından bəri adaya ilk belə diplomatik təyinat olub. Martın 31-də Türkmənistan da eyni addımı atdı və İtaliyadakı səfirini də Kiprdə akkreditə etdi.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kerem Karabulut Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Kipr adası tarixin bir çox dövrlərində Türklərə məxsus olub və Türk adası kimi fəaliyyət göstərib.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kerem Karabulut

“1974-cü il sülh əməliyyatından əvvəl yunanlar soyqırım qırğınları törətdikdə Türkiyə sülh əməliyyatını həyata keçirdi və türklər ilə yunanlar adada iki ayrı ölkə olaraq yaşamağa başladılar. BMT və buna bənzər təşkilatlar və qərb ölkələri hər zaman Türkiyənin gücünü və təsirini zəiflətmək üçün səy göstərmişlər. Ən son Annan planına baxmayaraq, onlar hələ də yunanlara qarşı qoruyucu mövqe tutdular. Özbəkistanda keçirilən sammitdə qəbul edilən qərarın əsas məqsədi; “Parçala hökm et” fəlsəfəsi ilə yüksələn dəyər mövqeyində olan Türkiyəni və Türk Dünyasını ələ keçirməkdir. Amma nə Türkiyənin, nə də Türk Dünyası ölkələrinin bu tələyə düşəcəyini düşünmürəm. 15 noyabr 1983-cü ildə müstəqilliyini elan edən Şimali Kipr Türk Cümhuriyyəti həmin tarixdən müstəqil dövlətdir və müstəqilliyi hər zaman davam edəcəkdir. Bunun zəmanəti olaraq, Azərbaycan və Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” kimi Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mühüm bir bəyannamə imzalandı. Buna görə; Şimali Kipr Türk Cümhuriyyətinə edilən hücum Türkiyəyə hücum sayılır və Türkiyənin adada hərbi dəniz və hava bazaları qurmaq hüququ var. Bu səbəbdən Kipr adası Türkiyə ilə birlikdə görülməlidir. Türkiyəni də Türk Dünyası ilə birlikdə görmək lazımdır”- deyən professor qeyd edib ki, Qərbin Türk Dünyası ölkələrini müəyyən hiylələrlə bir-birindən ayırmaq cəhdlərinin qarşısı qısa zamanda alınacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »